waplog

Azad Rəhimov: “Gənclərin mobil olması və müasir informasiya texnologiyalarından istifadə etmək bacarıqları da nəzərə alınmalıdır”


Hazırda Azərbaycanda üç milyona yaxın 14-29 yaş arasında olan gənc var. Gənclərin iş bacarıqları, həyat təcrübəsi və biliklərinin ümumi kontekstdən daha aşağı səviyyədə olduğu düşünülsə də, digər tərəfdən onların enerjisi, yeniliklərə açıqlığı, xarici dil bilikləri, mobil olması və müasir informasiya texnologiyalarından istifadə etmək bacarıqları nəzərə alınmalıdır. Bu, əmək bazarında gəncləri hətta daha üstün kateqoriya mövqeyinə çıxarır.
 
Bu fikri gənclər və idman naziri Azad Rəhimov Azərbaycan - Türkiyə İş Adamları Birliyinin (ATİB) təsis etdiyi “EcoVision”  jurnalına müsahibəsində bildirib.
 
Ölkəmizdə gənclərin qayğı və problemlərinin bilavasitə nazirlik səviyyəsində həlli, Azərbaycan hökumətinin gənclərin məşğulluğu ilə bağlı bir sıra addımlar atdığından da danışan nazirin sözlərinə görə, əmək bazarında gənclər daha həssas kateqoriya hesab edilir.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL