waplog

Bakıda 150 yeni elektron tipli işıqfor qurulacaq


Azərbaycanın Nəqliyyat Nazirliyinin İqtisadiyyat və nəqliyyat siyasəti şöbəsinin rəisi Sədrəddin Məmmədov bildirib ki, intellektual idarəetmə sisteminin Bakı şəhərində tətbiqi ilə bağlı işlərin ilkin mərhələsi cari ilin oktyabr-noyabr ayında başa çatacaq. Onun sözlərinə görə, sistem üçün lazımi avadanlıq artıq Bakıya gətirilib və hal-hazırda avadanlığın quraşdırılması ilə bağlı işlər həyata keçirilir. Sistemin işə salınmasının maksimal müddəti ilin axırında bitir. “Sistem, həmçinin avtobus sürücülərinə nəzarəti nəzərdə tutur. Bu nəzarət sistemi sürücünün şəxsiyyətinin eyniləşdirilməsini və onun xarici görünüşünün tələblərə uyğun olmasını özündə ehtiva edir”- deyə S.Məmmədov qeyd edib. Onun sözlərinə görə, Nəqliyyatın Intellektual İdarəetmə Sistemi elə hazırlanır ki, onun fəaliyyət sahəsinin genişləndirilməsi mümkün olsun. “İlkin mərhələdə sistem Bakı şəhərini əhatə edəcək, ikinci mərhələdə - Abşeron yarımadasını, daha sonra isə bütün respublikanı. Bütün üç mərhələ başa çatandan sonra sistem Bakıdakı mərkəzdən idarə olunacaq. Layihənin ilkin qiyməti 77 milyon dollar təşkil edib. Lakin layihəyə dəyişikliklər və əlavələr ediləndən sonra onun qiyməti 19 milyon dollar artıb. Layihənin qiymətinin artması Nazirlər Kabinetinin təhlükəsizlik üzrə bir sıra tədbirlərin həyata keçirilməsi haqqında qərarına uyğun olaraq sistemin bəzi funksiyalarının təkmilləşdirilməsi ilə bağlı əlavə işlərin görülməsi nəticəsində baş verib. Bu dəyişikliklər nəticəsində videoaxıntıların və onların qeydlərinin artımı təmin olunub. Həmçinin məlumat terminallarının sayı 300-dən 664-dək artıb. Işlərin genişləndirilməsi çərçivəsində Bakıda quraşdırılacaq məlumat tablolarının sayı 28-dən 48-dək artıb”. Nazirlik nümayəndələrinin dediyinə görə, Bakı şəhərində Nəqliyyatın Intellektual Idarəetmə Sisteminin yaradılmasının qiyməti 77 milyon dollardan təxminən 100 milyon dollaradək artıb. Sistem çərçivəsində avtobusların dayanması üçün təxminən 639 meydançanın və taksi üçün təxminən 140 meydançanın tikintisi planlaşdırılır. Bu işlər Azərbaycanın Yol Polisi və Koreya mütəxəssisləri ilə birlikdə həyata keçirilir. İntellektual sistem təqribən 150 yeni elektron tipli işıqforun quraşdırılmasını nəzərdə tutur.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL