“Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri” sərgisində intellektual mühafizə vasitələri nümayiş olunacaq
“CIPS Caspian 2013” 6-cı Xəzər Beynəlxalq “Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri” sərgisi bu il Azərbaycanda oktyabrın 23-26 tarixində keçiriləcək.
Sərginin təşkilatçısı “İteca Caspian” şirkətindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, sərgi potensial istehlakçılara etibarlı təhlükəsizlik sistemləri və yüksəksəviyyəli intellektual mühafizə vasitələri sahəsində ən son təkmilləşdirmələri təqdim edən istehsalçı, diler və xarici şirkətlərin nümayəndələrini bir araya gətirəcək.
Belə ki, builki sərginin iştirakçıları arasında təhlükəsizlik sistemləri, siqnalizasiya, CCTV, girişə nəzarət vasitələri, yanğın təhlükəsizliyi sistemləri və yanğından mühafizə siqnalizasiyası kimi məhsulların istehsalçıları var.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL