waplog

“Elektron hökumət” analitik məqalə müsabiqəsi ilə bağlı tədbir keçirilib


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzində (MHM) "İKT ili" çərçivəsində "Respublikada "Elektron hökumət":  mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər" mövzusunda elan edilən analitik məqalə müsabiqəsi ilə bağlı tədbir keçirilib.
 
Müsabiqənin 1-ci mərhələsinin qalibləri üçün təlim xarakterli təşkil olunan tədbirdə MHM-in direktoru Nail Mərdanov qarşıdakı mərhələnin şərtləri, təqdim ediləcək məqalələrə qarşı tələblər, yazıları qiymətləndirmə meyarlarına aydınlıq gətirib. Müsabiqə iştirakçılarının çoxsaylı suallarını  cavablandıran MHM direktoru növbəti mərhələnin də obyektiv dəyərləndiriləcəyini vurğulayaraq, iştirakçılara uğurlar arzulayıb.
 
Müsabiqənin əsas ekspertlərindən biri - "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də "Elektron hökumət" portalının fəaliyyətində irəliləyişlərin olduğunu qeyd edərək, bildirib ki, dövlət qurumlarının portala təqdim etdikləri elektron xidmətlərin yaradılmasına sərf edilən vəsaitlərin nə dərəcədə effektiv xərclənməsi, "www.e-gov.az" üzərindən edilən müraciətlərin qəbulu və cavablandırılma müddəti, xidmətlərin keyfiyyəti və s. kimi mövzular növbəti mərhələnin əsas araşdırma obyekti ola bilər.
 
Digər ekspert Cahid İsmayıloğlu da müsabiqənin növbəti mərhələsi ilə bağlı tövsiyələrini səsləndirərək, "Vətəndaş "Elektron hökumət"dən nə gözləyir?" probleminin araşdırılmasını təklif edib.
 
Qeyd edək ki, ikinci mərhələyə təqdim ediləcək məqalələr qeyd olunan məsələlərin hər birini -  "Sahə üzrə qanunvericiliyin analizi və təkliflər", "Dövlət informasiya ehtiyatları və fərdi məlumatlar informasiya sistemləri ilə tanışlıq, təhlil və təkliflər. Hansı informasiya sistemlərini görmək istərdilər?", "Portal üzərindən xidmət göstərməyən qurumlar: səbəblərin araşdırılması", "Beynəlxalq təcrübə və müqayisə", "2013- 2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və "Elektron hökumət"in inkişafına dair Dövlət Proqramı"nın layihəsinə təkliflər", "Sosial tələblərdən irəli gələrək yeni elektron xidmətlərin yaradılması", "Portalın yeni funksionallıqları", "Elektron xidmətlərin təbliği, təşviqi, tədrisi və miqyaslanması", "Kadr hazırlığı"nı əhatə etməlidir. Məqalələr 16 sentyabra qədər elektron imza ilə təsdiq olunmuş formada Təşkilat Komitəsinə göndərilməli, təqdim olunduqdan sonra 10 gün ərzində KİV-də dərc olunmalıdır. KİV-də dərc olunmayan məqalələr müsabiqədə iştirak etməyəcək.
 
 
Həqiqət İSABALAYEVA


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL