waplog

Azərbaycan Dövlət Statistika Komitəsi onlayn sorğu keçirib


 Azərbaycan Dövlət Statistika Komitəsi istifadəçilərin statistik məlumatlarla təmin olunması barədə keçirilmiş onlayn sorğunun nəticələrini təqdim edib.

Komitədən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, sorğu “2013-2017-ci illərdə Azərbaycanda rəsmi statistikanın inkişafı Dövlət Proqramı”nın icrası çərçivəsində keçirilib.

Bu sorğu əvvəlki illərdən fərqli olaraq onlayn rejimdə keçirilib və istifadəçilərin fəaliyyət sahəsini, onların maraq dairəsini, hansı statistik məlumatlara inamının olmasını, statistik fəaliyyətin keyfiyyət baxımından qiymətləndirməyə, ümumilikdə komitənin fəaliyyətinin dəyərləndirilməsinə imkan verən 29 sualdan ibarət olub.
Sorğuda 610 nəfər iştirak edib, onlar əsasən dövlət idarəçiliyini, özəl müəssisələri təmsil edənlər, KİV nümayəndələri və fərdi şəxslər olub. Sorğunun “Dövlətstatkoma və yaydığı statistik məlumatlara etibar edirsiniz?” sualına iştirakçıların 80%-dən çoxu müsbət cavab verib.

Sorğunun mühüm suallarından biri “Dövlətstatkom”un veb-səhifəsinin dizaynından, istifadəsinin asanlığından, məlumatların əlçatımlığından 70-85% respondentlər razı olduğunu bildirib.

Sorğunun sonunda istifadəçilərin bildirmək istədikləri təklif və tövsiyələri ilə bağlı sual verilib və respondentlər əsasən hesabatların sayının azaldılması, hesabatların elektron formada olması, işsizlik və yoxsulluq, kənd təsərrüfatı ilə bağlı göstəricilərin daha da təkmilləşdirilməsi, beynəlxalq təcrübənin tətbiqi işinin sürətləndirilməsi təklif edilib.

Onlayn rejimdə keçirilən bu sorğu müntəzəm olaraq keçiriləcək və istifadəçilər üçün “Dövlətstatkom”un veb-səhifəsində daim aktivdir.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL