waplog

2013-cü ildə dünyada 1 milyarddan çox smartfon satılacaq


"IDC" analitik şirkətinin proqnozuna görə, 2013-cü ildə qlobal smartfon satışlarının həcmi 1 milyarda çatacaq. İnkişaf etməkdə olan bazarlarda xeyli sayda müxtəlif büdcəyə uyğun smartfonların çıxarılması buna səbəb kimi göstərilir. Adıçəkilən analitik şirkətin proqnozuna görə, 2017-ci ilədək satılan smartfonların sayı 1,7 milyarda çatacaq.

Həmçinin analitik şirkətdən bildirilib ki, bu il mobil telefonların ümumi satış həcmi 7,4% artacaq ki, bu da təxminən ötən ilin göstəricilərinə uyğundur. Bu şirkətin proqnozlarına görə, 2013-cü ildə 1,8 milyard smartfon və telefon satılacaq və onların 50%-dən çoxunu smartfon təşkil edir.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, analitik şirkətin proqnozunda, həmçinin qeyd edilib ki, 2017-ci ilədək "Windows Phone" platformasının payı 10,2%-dək arta bilər, lakin "Android" mobil əməliyyat sisteminin bazar payı 75-dən 68%-dək azalacaq.

Emil Hüseynov
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL