waplog

“Sony” şirkəti “Xperia Z1” smartfonunu təqdim edib


"Sony" şirkəti "Xperia Z1" smartfonunun yeni modelini təqdim edib. Aparat toz və suyun təsirindən yüksək səviyyədə qorunması ilə fərqlənir.

"ICTnews.az" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, "Sony Xperia Z1" smartfonu "X-Reality" təsvir emalı alqoritminə malik 5 düymlük "Triluminos" ekranı ilə təchiz edilib. Ekranın təsvir ölçüsü 1920x1080 nöqtə təşkil edir. Qurğu 2.2 QHs takt tezlikli dördnüvəli  "Qualcomm Snapdragon 800 MSM8974" prosessoru və "Adreno 330" qrafik nüvəsi ilə  təchiz edilib. Əməli yaddaşın həcmi 2 QB, fləş-yaddaşın həcmi 16 QB təşkil edir. Daxili yaddaşın həcmini "microSD" formatlı yaddaş kartlarının köməkliyi ilə artırmaq olar.
Yapon şirkəti iddia edir ki, "Xperia Z1" smartfonunda bazarda ən yaxşı kamera quraşdırılıb.

Aparatın ön panelində quraşdırılmış 2,2 meqapiksel təsvir ölçülü kamera "Full HD" formatında video çəkə bilir.
Akkumulyatorın tutumu 3000 milliamper/saata malikdir. Qurğunun  ölçüləri 144x74x8,5 mm, çəkisi 170 qr təşkil edir. Aparata "Android 4.2 Jelly Bean" əməliyyat sistemi quraşdırılıb.

Emil Hüseynov
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL