Azərbaycanın İT şirkəti Tacikistanda vergi informasiya sisteminin tətbiqinə başlayıb
Azərbaycanın "Cybernet" şirkəti Tacikistan Hökuməti yanında Vergilər Komitəsi üçün vergi informasiya sisteminin yaradılması üzrə layihənin həyata keçirilməsinə başlayıb.
"ICTnews" xəbər xidmətinin Tacikistan Vergilər Komitəsinin rəsmi məlumatına istinadən verdiyi xəbərə əsasən, Tacikistan Vergilər Komitəsi tərəfindən bir il ərzində Rusiya, Qazaxıstan, Gürcüstan, Baltikyanı ölkələr və Azərbaycanın vergi informasiya idarəetmə sahəsindəki təcrübəsi öyrənildikdən sonra Azərbaycan Vergilər Nazirliyinin informasiya sistemi sahəsindəki təcrübəsi əsas olaraq götürülüb və "Cybernet" şirkətinin bu sahədəki həllərinə üstünlük verilib. "Cybernet" şirkətinin təklif etdiyi sistemin sadəliyi, effektivliyi, geniş imkanları, həm də vergi ödəyicilərinə heç bir əlavə xərc yaratmaması Tacikistan Vergilər Komitəsi tərəfindən qiymətləndirilən əsas seçim meyarı olub.
Bu il ərzində aparılmış analiz, proqramlaşdırma və quraşdırma işləri vaxtından 4 ay əvvəl və uğurla başa çatdırılaraq, sentyabr ayından sistemin tətbiqinə başlanılıb. Layihə bütün ölkəni əhatə edəcək.
Yaxın zamanda Azərbaycan Vergilər Nazirliyinin Vergi informasiya idarəetməsi sahəsindəki təcrübəsi daha dərindən öyrənilərək, "Cybernet" şirkətinin digər həllərinin də tətbiqi planlaşdırılır.
"Cybernet" MMC 2004-cü ildə yaradılıb və Azərbaycanın "elektron hökumət" sahəsində iri layihələri həyata keçirir. Avtomatlaşmış Vergi İnformasiya Sistemi, Elektron Hökumət Dövlət İnformasiya Sistemi, Mobil İmza və digər bu kimi irimiqyaslı layihələr "Cybernet" şirkətinin uğur göstəricisidir. "Cybernet" şirkəti 2012-ci ildən başlayaraq Azərbaycandakı uğurlu təcrübəsini ölkəmizdən kənara çıxarmaqla, İT sahəsində ölkəmizin ixracatında əhəmiyyətli yer tutmağa çalışır. Hazırda şirkət Orta Asiya ölkələrinin müxtəlif qurumları ilə effektiv əməkdaşlıqlar qurub və yeni layihələrin həyata keçirilməsi üçün danışıqlar aparılır.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL