waplog

“Apple” daha böyük ekrana malik yeni “iPhone” smartfonunu sınaqdan keçirir


Amerikanın "Apple" şirkəti daha böyük ekrana malik yeni "iPhone" smartfonunu sınaqdan keçirir. Bu barədə dünən "The Wall Street Journal" nəşri yazıb. Lakin "Apple"ın nümayəndələri bu informasiyaya münasibət bildirməyiblər.

"ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, sözügedən nəşrin məlumatına görə, son aylarda "Apple" tədarükçülərdən 4,8-dən 6 düymədək diaqonallı ekran prototipləri sifariş edib. Xatırladaq ki, "iPhone 5" smartfonunda ekranın diaqonalı 4 düym təşkil edir" – qəzet yazıb.

"The Wall Street Journal" nəşri yazıb ki, "Apple"ın daha böyük ekrana malik "iPhone" smartfonunu sınaqdan keçirməsi, rəqiblər, ilk növbədə "Samsung" şirkəti tərəfindən artan rəqabətə cavabdır. Belə ki, bu günlərdə "Samsung" şirkəti yeni "Galaxy Note 3" smartfonunu təqdim edib və onun ekranının diaqonalı 5.7 düym təşkil edir.

Qeyd edək ki, "alma" şirkəti sentyabrın 10-da yeni "iPhone" smartfonunun iki versiyasını (qabaqcıl və büdcəyə uyğun) təqdim edəcək.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL