waplog

DTXK paytaxtda nəqliyyatın intellektual idarə olunması üçün rəqəmsal xəritələr hazırlayıb


Bakı şəhərində nəqliyyatın intellektual idarə olunması layihəsi üzrə şəhərin 2200 km2 ərazisində nəqliyyatın intellektual idarə olunması üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən rəqəmsal xəritələr hazırlanıb.
 
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu xəritələrdə 57 növdə "3D" formatında məlumatlar həm mətn və həm də qrafik formada hazırlanıb, aidiyyəti üzrə təhvil verilib.
 
 
 Komitədən bildirilib ki, bu işin əsas sifarişçisi Nəqliyyat Nazirliyidir və işin Koreyanın "SKCS" şirkəti tərəfindən yerinə yetirilməsi tapşırılıb. Sözügedən xəritələr əsasında Bakı şəhərinin ərazisində nəqliyyat vasitələrinin hərəkəti üçün yolların gediş istiqamətləri, yol nişanları, döngələr, binalar, bina nömrələri, yolların adları, strateji obyektlərin adları və ünvanları, parklar və s. barədə vizual görüntü yaranır və eləcə də istənilən yerdən tələb olunan yerə qədər olan məsafə və vaxt tez bir zamanda təyin edilir.
 
 
SEYMUR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL