waplog

“Azərpoçt” “Migom” Beynəlxalq pulköçürmələri sisteminin bütün poçt şöbələrində tətbiqini başa çatdırır


“Azərpoçt  MMC “Migom” Beynəlxalq  pulköçürmələri ödəniş sistemini, demək olar, bütün poçt şöbələrində artıq tətbiq edib.
 
“Azərpoçt”un maliyyə xidmətləri marketinq şöbəsinin rəisi Yaşar Əhmədovun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, bu tədbirlər “Migom” şirkəti ilə birgə Rusiya ilə Azərbaycan arasında tranzaksiya dəhlizinin və pulköçürmələri bazarında innovasiya proseslərinin  inkişafı çərçivəsində həyata keçirilir.
 
“Hazırda “Migom” sisteminə ölkə üzrə fəaliyyət göstərən poçt şöbələrinin 80%-i qoşulub. Biz bu istiqamətdə işləri davam edirik və yaxın zamanda qalan 4 regional poçt filiallarının şöbələrini də bu sistemə  qoşmaq niyyətindəyik”,- deyə o bildirib.
 
Aparılmış monitorinqlər göstərib ki, bu sistem üzrə həyata keçirilən pulköçürmələrinin əsas hissəsi, 70% Rusiyanın payına düşür, Ukrayna, Qazaxıstan, Belarusla da pulköçürmələrinin həcmi yüksəkdir. Azərbaycanın, ümumiyyətlə, pulköçürmələrinin 90%-i MDB ölkələrinin payına düşür.
 
Qeyd edək ki, “Migom” sistemi dünyanın 27 ölkəsində fəaliyyət göstərir və 450-dən çox bank və qeyri-bank qurumları, terminal şəbəkələri və agentləri ilə əməkdaşlıq edir.
 
Rusiya ilə Azərbaycan arasında tranzaksiya dəhlizi üzrə ötən il ərzində 1 mlrd. dollar həcmində dövriyə qeydə alınıb.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL