waplog

“Nokia” ABŞ və Kanadada smartfon satmayacaq


“Nokia” şirkəti “Symbian” əməliyyat sistemi əsasında olan mobil telefon və smartfonların satışını ABŞ və Kanadada dayandıracaq. Bu barədə “All Things Digital” bloquna müsahibəsində “Nokia” şirkətinin Şimali Amerika bölməsinin rəhbəri Kris Veber bildirib.
Bunun əvəzində “Windows Phone” əməliyyat sistemi ilə işləyən “Nokia” smartfonları ABŞ və Kanadaya tədarük ediləcək. Veber bildirib ki, bu bazar “Nokia” üçün əsasdır. O, həmçinin bildirib ki, bu ölkələrdə “Windows Phone” ilə işləyən qurğuları mobil operatorlarının müqavilələri ilə satmaq planlaşdırılır. Veberin sözlərinə görə, gələcəkdə “Nokia” şirkəti “Symbian” və “S40” platformalarından “can”ını qurtaracaq. Onların əvəzinə “Windows Phone” ilə olan qurğular olacaq. Məlumat üçün qeyd edək ki, may ayının sonunda “Nokia” şirkətinin rəhbəri Stiven İlop bildirib ki, şirkət “Symbian”ı 2016-cı ilə qədər dəstəkləməyi planlaşdırır.


lenta.ru

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL