waplog

İstənilən şəxs işğal olunmuş rayonların kənd poçt şöbələri adından bütün dünyaya məktub göndərə bilər


“Azərpoçt” MMC-nin portalında Ermənistan tərəfindən işğal olunmuş rayonların kənd poçt şöbələrinin  indeksləri də yerləşdirilib. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə “Azərpoçt” MMC-nin baş direktoru Qənbər Bəybalayev məlumat verib.

Onun sözlərinə görə, əvvəllər portalda yalnız işğal olunan rayonların mərkəzi poçt şöbələrinin indeksləri yerləşdirilib. “Artıq istənilən şəxs istənilən kəndin indeksi ilə tanış olub yerləşdiyi ərazidən asılı olaraq işğal olunmuş rayonun poçt şöbəsindən bütün dünyaya məktub göndərə bilər. Bu, özü bir təbliğatdır. Biz bu təbliğatın tərkib hissəsi olaraq işğal olunmuş rayonların kəndlərinin poçt şöbələrini yaradırıq. Bir qədər əvvəl Xocalı Rabitə Qovşağının Xankəndi poçt şöbəsi istifadəyə verildi ki, oradan istənilən sakin bütün xidmətlərdən bəhrələnə bilər. Bölgələrdə məcburi köçkünlərin yaşadığı qəsəbələrdə bu istiqamətdə işlər aparılır”- deyə baş direktor bildirib.

Yeri gəlmişkən qeyd edək ki, “Azərpoçt”MMC vətəndaşların xidmətlərdən geniş şəkildə istifadə etməsi üçün “www.azerpost.az”  portalında bütün xidmətləri ən sadə və izahlı şəkildə təqdim edib.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL