Argentina şirkətləri “Bakutel 2013” sərgi-konfransında iştirak edəcək
Cari ilin dekabr ayında Bakıda keçiriləcək “Bakutel 2013” Azərbaycan beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransında Argentina iştirak edə bilər.
Bu barədə “ICTnews.az”a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat daxil olub. Məlumatda bildirilir ki, Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə ilə bu ölkənin Federal planlaşdırma, ictimai sərmayələr və xidmətlər naziri Xulio De Vido arasında informasiya-kommunikasiya texnologiyaları və digər məsələlərlə bağlı görüş keçirilib.
Görüşdə Argentina tərəfinin “Bakutel 2013” sərgi-konfransında iştirakı məsələsi əsas diqqət mərkəzində olan mövzulardan olub.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL