“LG Display” monitorlar üçün “WiDi”-ni dəstəkləyən dünyanın ilk maye-kristal panelini nümayiş etdirib
"LG Display" şirkəti televizorlar və kompüterlər üçün "WiDi" texnologiyasını dəstəkləyən dünyanın ilk maye-kristal (LCD) panelinin yaradılmasını bəyan edib.
"Intel" korporasiyası tərəfindən hazırlanan "WiDi" (Wireless Display) texnologiyası kontentin noutbukdan televizor və ya monitora simsiz ötürülməsini təmin edir. Sistem "Wi-Fi" standartına əsaslanmaqla uyğun panellərdə yüksək təsvir ölçüsünə malik videonu və çoxkanallı səsi nümayiş etdirməyə imkan verir. 3.5 "WiDi" versiyası əlavə olaraq "Miracast"ı (19 sentyabr 2012-ci ildə "Wi-Fi Alliance" tərəfindən təsdiq olunan multimedia siqnalının simsiz ötürülməsi standartı) dəstəkləyir.
Qeyd olunur ki, "LG Display" şirkətinin təqdim etdiyi maye-kristal panel 23,8 düymlük diaqonala malikdir (ekranın təsvir ölçüsü barədə məlumat verilmir). "WiDi"-ın dəstəklənməsini təmin edən çip bilavasitə maye-kristal modula quraşdırılıb.
Yeni qurğu sentyabrın 10-12-də San-Fransiskoda keçiriləcək "Intel Developer Forum 2013" tərtibatçılar forumunda təqdim olunacaq, - "3DNews www.3dnews.ru" yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL