waplog

Azərbaycanda elektron ticarətin dövriyyəsi 2 dəfəyədək artıb



Azərbaycan Dövlət Statistika Komitəsi 2013-cü ilin yanvar-avqust aylarında pərakəndə ticarət bazarının təhlilinin nəticələrini açıqlayıb.
 
Dövlət Statistika Komitəsindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən,  yanvar-avqust aylarında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 2012-ci ilin eyni dövrünə nisbətən 1,7 dəfə artaraq 1,6 milyon manat təşkil edib. Elektron ticarət dövriyyəsinin 92%-ni qeyri-ərzaq malları təşkil edib.
 
Hesabat dövründə pərakəndə ticarət bazarında əhaliyə 12,2 milyard manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 9,4% çox müxtəlif istehlak malları satılıb. İstehlak mallarının 52%-ni ərzaq, 48%-ni qeyri-ərzaq malları təşkil etmiş, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 4,3%  artıb.

Əhali onlayn rejimi vasitəsilə sifariş verdikləri istehlak mallarının 85,5%-ni hüquqi, 14,5%-ni fiziki şəxslərin ticarət şəbəkələrindən alıb.

Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL