waplog

RİTN-in dəstəyi ilə “Nar Mobile” “Onlayn medianın inkişafına dəstək” layihəsinə start verir


Hər zaman KİV nümayəndələri ilə ünsiyyətə böyük önəm verən və jurnalistlərin bilavasitə iştirak etdikləri müxtəlif tədbirlərə öz dəstəyini əsirgəməyən “Nar Mobile” mobil operatoru Multimedia İnformasiya Mərkəzi tərəfindən gerçəkləşdirilən və  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə “İnformasiya cəmiyyətinin jurnalisti” proqramı çərçivəsində “Onlayn medianın inkişafına dəstək” layihəsinə start verib. 
 
Layihənin əsas məqsədi ölkədə onlayn media  infrastrukturunun inkişafına dəstək vermək, onlayn media sahəsində çalışan kadrların peşəkarlığının artırılmasına yardım etmək və informasiya axınını keyfiyyət və kəmiyyət baxımından yaxşılaşdırmaqdan ibarətdir.
 
İnternet və mobil texnologiyaların gündəlik həyatımıza təsirinin əhəmiyyətini yaxşı dərk edən “Nar Mobile” bu sahədə, eləcə də informasiya cəmiyyətinin quruculuğu və “elektron hökumət” məsələləri ilə bağlı sistemli şəkildə yazan peşəkar jurnalistlər şəbəkəsinin inkişaf etdirilməsinə nail olmaq üçün onlayn media sahəsində çalışanların peşəkarlığının artırılmasına xüsusi önəm verir. 
 
Layihə çərçivəsində İKT və media sahəsində çalışan peşəkar mütəxəssislərin yaxın köməyilə həftəlik təlimlərin təşkil edilməsi və Onlayn media müsabiqəsinin keçirilməsi nəzərdə tutulub.  
 
 
Onlayn media müsabiqəsinin qaliblərinə və “Twitter” mikrobloqunda keçiriləcək “Ən yaxşı xalq jurnalisti” yarışmasında fərqlənənlərə qiymətli hədiyyələr və diplomlar təqdim ediləcək.
 
RƏVAN
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL