waplog

“Samsung” şirkəti 38 milyon planşetofon satıb


“Galaxy Note 3” smartfonunun nümayişindən bir neçə gün sonra “Samsung Electronics” şirkəti planşetofonlarının satış həcmi haqqında məlumat verib.

“Samsung”un mobil bölməsinin direktoru Şinin sözlərinə görə, ilk “Galaxy Note”un istehsalı anından günümüzədək adıçəkilən qurğudan 38 milyon satılıb.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Samsung” şirkəti böyük ölçülü smartfon bazarında pioner olub. Onun  planşetofonları “Galaxy Note” xəttinin mövcudluğu müddətində populyar olublar.

Sözügedən cihazın ilk modifikasiyası qlobal bazara çıxarılmasının birinci ili ərzində 10 milyon həcmində satılıb. İkinci nəsil “Galaxy Note”un çıxarılması ilə satışların həcmi 280% artıb: 2012-ci il avqustun ortalarından 2013-cü il sentyabrın əvvəlinədək Cənubi Koreya korporasiyası 28 milyon “Galaxy Note” satıb.
“Samsung” şirkəti hazırda 10 milyon “Galaxy Note 3” planşetofonu satmağı planlaşdırır.

Sözügedən aparat 1920 x 1080 piksel təsvir ölçülü 5,7 düymlük ekran, 2.3 QHs takt tezlikli dördnüvəli “Qualcomm Snapdragon 800” (MSM8974) prosessoru və 3 QB əməli yaddaş və 64 QB fləş-yaddaşla təchiz edilib və “Android 4.3 Jelly Bean” əməliyyat sistemi ilə işləyir.

“IHS iSuppli” tədqiqat şirkətinin qiymətləndirməsinə görə, 2013-cü ildə dünyada 60 milyondan çox sözügedən qurğu tədarük ediləcək ki, bu da ötən illə müqayisədə 35 milyon çoxdur, yəni artım 136% təşkil edəcək.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL