Rusiyada RRB Komissiyasının radiotezlik spektri və peyk orbitlərinin istifadəsinin tənzimlənməsi üzrə 3-cü iclası öz işinə başlayıb
Bu gündən etibarən Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində RRB Komissiyasının radiotezlik spektri və peyk orbitlərinin istifadəsinin tənzimlənməsi üzrə 3-cü iclası öz işinə başlayıb.
Tədbir sentyabrın 13-nə qədər davam edəcək.
Qeyd edək ki, İşçi Qrupunun iclasında simsiz sistemlərə daxil olmaq üçün normativ-hüquqi bazanın Ku və Ka diapazonlarında VSAT peyk terminalları istifadəsinin tənzimlənməsi, 800 MHz, 2,3 QHz, 2,5 QHz, 3,5 QHz tezlik zolaqlarının istifadəsi barədə cari və gələcək illərin hesabatının layihəsi üzrə işçi sənədlərin nəzərdən keçirilməsi və radiospektrin istifadəsi üçün ödənişlər haqqında məlumat xarakterli layihələr müzakirə ediləcək.
Ölkəmizi sözügedən tədbirdə DRİ-nin Beynəlxalq əlaqələr və koordinasiya şöbəsinin rəisi Mehdi Ağagülov və RTDK-nın katibi Salman Hüseynov təmsil edəcək.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL