Bakıda taksofonlardan mobil telefonlara edilən zənglərin qiyməti ucuzlaşıb
Bakıda taksofonlardan mobil telefonlara edilən zənglərin bir dəqiqəsinin 10 qəpik edilməsi zənglərin sayına təsir edib. “ICTnews” elektron xəbər xidmətinə bu barədə məlumatı Rəfalət Tarverdiyev verib. Onun sözlərinə görə, yeni multimedia taksofonları vasitəsilə mobil telefonlara zənglərin 1 dəqiqəsinin qiyməti 44,4 faiz ucuzlaşdırılması vətəndaşların taksofonlara olan ümidlərini yenidən özünə qaytarıb.
“Əvvəllər sözügedən taksofonlardan mobil telefonlara edilən zənglərin 1 dəqiqəsinin qiyməti 18 qəpik təşkil edib. Bu, çox baha olduğundan vətəndaşlar 1 manatlıq kontur alıb mobil telefonu ilə danışmağa üstünlük verirdi. İndi konturu olmayan vətəndaş kiməsə zəng etmək üçün 10 qəpik verib 1 dəqiqə mobil telefonla danışır. Multimedia taksofonlarının üzərində istifadə qaydaları, ölkələrin və rayonların kodları, köməkçi məlumatlar da var”- deyə o bildirib.
Bundan əlavə, yeni taksofonlardan internetə də qoşulmaq mümkündür. Bu taksofonlar vasitəsilə həmçinin «Bluetooth» vasitəsilə mobil telefona foto və musiqi yükləmək də olar. Taksofonlarda onlayn oyun və informasiya bölmələri də mövcuddur».
Veb-taksofonlarda onlayn oyun və informasiya bölmələri də var. Menyu isə Azərbaycan və ingilis dillərindədir. Aparatlarda internetin 1 dəqiqəsi 2 qəpiyədir. “Bluetooth”dan bir dəfə istifadə isə 20 qəpikdir.
Şəhərdaxili zənglərin 1 dəqiqəsi 3 qəpik, ölkədaxili danışıqların 1 dəqiqəsi isə 7 qəpikdir.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL