“Apple”ın səhmləri yeni “iPhone” modellərinin nümayişindən sonra 2.3% ucuzlaşıb
Amerikanın texnologiya nəhəngi “Apple” şirkətinin səhmlərinin qiyməti qabaqcıl “iPhone” smartfonunun nümayişindən sonra 2,3% azalıb.
“ICTnews.az” elektron xəbər xidməti “digit.ru” saytına istinadən bildirir ki, NASDAQ birjasında hərracın bitməsinə az qalmış bir səhmin qiyməti 494,64 dollaradək azalıb. Ötən il “iPhone 5” smartfonunun nümayişindən sonra səhmlərin qiyməti 705 dollara çatmışdı.
Ekspertlər səhmlərin qiymətinin azalmasını “Apple”ın yeni modellərin xüsusiyyətlərini aşkara çıxarması ilə əlaqələndirirlər. Eyni zamanda, analitiklərin bəziləri iki yeni modelin satışlarının uğurlu olacağını istisna etmirlər.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL