“Yay Davosu” forumu öz işini davam etdirir
Çin Xalq Respublikasının Dalyan şəhərində Dünya İqtisadi Forumunun "Yeni çempionlar" adlı 7-ci illik iclası işə başlayıb.
"Yay Davosu" hesab edilən iclasda 90-dan çox ölkədən 1500-ə yaxın nümayəndə, o cümlədən hökumət rəsmiləri, nazirlər, regional təşkilatların və iri şirkətlərin rəhbərləri, vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak edirlər. İclas hökumət qurumları, özəl sektor, beynəlxalq və regional iqtisadi qurumlar arasında müxtəlif mövzularda müzakirələrin aparılması baxımından yaxşı imkan hesab olunur.
Azərbaycan tədbirdə sənaye və energetika naziri Natiq Əliyev, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov, Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov və digər şəxslərdən ibarət nümayəndə heyəti ilə təmsil olunur.
Forum çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvləri ayrı-ayrı bölmə iclaslarında iştirak edəcək, bir sıra dövlətlərin nazirləri və aparıcı beynəlxalq təsisatların, şirkətlərin rəhbərləri ilə görüşlər keçirəcəklər.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL