waplog

“MilliÖN” ödəmə sisteminə qoşulan maliyyə qurumlarının sayı artacaq



«Komtec LTD» şirkəti ilin sonunadək “MilliÖN” ödəmə sisteminə daha bir neçə aparıcı bank və qeyri-bank kredit təşkilatlarının qoşulacağını bildirib.

Şirkətdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, “AtaBank”, “Bank Respublika”, “Bank VTB-Azərbaycan” və həmçinin “Embafinans” və “Fleksi Kredit” qeyri-bank təşkilatları ilin sonuna kimi sistemə qoşulacaqlar.

Bu maliyyə institutlarının müştəriləri öz borclarını 24 saat ərzində bütün Azərbaycanın ərazisində, banka getməyə, parkinq axtarmağa, növbə gözləməyə vaxt itirmədən ödəyə bilərlər. Terminalların sayının ilin sonuna qədər 1600-ə çatdırılması planlaşdırılır.

“Bizim sistemə bank bazarının liderlərini qoşaraq və ödəmələrin tezliyini və artmasını müşahidə edərək belə nəticəyə gəldik ki, proqnozlar çox yaxşıdır - əhalinin bizim xidmətə inamı var və onlar bizim kiosklar vasitəsilə ödənişlərini etməyə müsbət yanaşırlar. Bankların rəhbərliyinin verdiyi məlumata əsasən, ödəmələrin vaxtının ötməsinin sayı olduqca azalmışdır. Keçən ay ərzində “MilliÖN” terminalları vasitəsilə 80000-ə yaxın kredit ödənişi həyata keçirilmişdir. Bunların hamısı bizim imkanların bank sahəsində gərəkli olmasını göstərir. Biz, öz növbəmizdə, məmnuniyyətlə bank və qeyri-bank təşkilatlarını öz sistemimizə qoşuruq” – deyə şirkətdə bildirilib.

Hazırda “MilliÖN” ödəmə sisteminə “DemirBank”, “TuranBank”, “AGBank”, “Unibank”, “Bank of Baku”, “Bank Standard”, həmçinin “Finca Azerbaijan” və “AzərKredit” qeyri-bank təşkilatları artıq qoşulublar.

Aynur Vəliyeva
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL