Azərbaycanda güzəştli şərtlərlə əldə olunan kompüterlərin sayı 21750 ədədə çatıb
“Xalq kompüter”i layihəsi çərçivəsində kompüterlərin satış həcmində artım müşahidə olunur. Ölkə paytaxtında, eyni zamanda regionlarda geniş vüsət alan layihəyə maraq gündən-günə artır. “ICTnews” elekton xəbər xidmətinin “Xalq kompüter”inin rəsmi saytının bu gün yaydığı statistikaya istinadən verdiyi məlumata görə, hazırda layihə çərçivəsində güzəştli şərtlərlə satılan kompüterlərin sayı 21750 ədəd təşkil edir.
“Hər ailə üçün kompüter” şüarı altında həyata keçirilən layihədə təqdim edilən kompüter və noutbuklar lisenziyalı proqram təminatına malikdir və bazar qiymətlərindən 25%-dən 40%-ə qədər aşağı qiymətə, 12 ay müddətinə faizsiz kreditlə satılır.
“Xalq kompüteri” layihəsi çərçivəsində Azərbaycan orta məktəblərinin müəllimləri, şagirdləri, ali məktəb tələbələri və təhsil sektorunun işçiləri güzəştli şərtlərlə kompüter almaq imkanı əldə edirlər.
Xatırladaq ki, Rabitə və İnformasiya Texnologiyaları və Təhsil nazirlikləri tərəfindən təşkil olunan layihə “Microsoft” və “HP” şirkətləri tərəfindən təqdim edilir, təchizat isə “BestComp Group” şirkəti tərəfindən həyata keçirilir.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL