waplog

2013-cü ildə smartfon satışlarının həcmi 1 milyarda yaxınlaşacaq


“Gfk” analitik şirkətinin proqnozuna əsasən, 2013-cü ildə smartfonların satış həcmi 1 milyarda çatacaq. Berlində keçirilmiş “IFA 2013” sərgisində Hans Yoahim Kamp deyib.
 
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, onun sözlərinə görə, bu il 937 milyon smartfon satılacaq ki, bu da ötən illə müqayisədə 37% çoxdur. “International Data Corporation” (IDC) analitiklərinin proqnozuna əsasən, "ağıllı” mobil telefon bazarının həcmi artıq 2013-cü ildə milyardı ötəcək. Ötən illə müqayisədə tədarük həcmi 40% artacaq.
 
Cari ildə mobil telefon bazarının həcmi 7,3% artaraq 1,8 milyarda çatacaq. Dörd il sonra bu göstərici 2,3 milyard olacaq. Qeyd edək ki, smartfonların sayəsində artım sürətlənib.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL