waplog

Verilənlərin saxlanılması sistemləri üçün proqram təminatı bazarında gəlir həcmi 4,1% artıb


“International Data Corporation” (IDC) tədqiqat şirkətinin yeni məlumatlarına əsasən, 2013-cü ilin ikinci rübündə verilənlərin saxlanılması üzrə qlobal bazarda gəlirin həcmi ötən illə müqayisədə 4,1% çox olub və təxminən 3,5 milyard ABŞ dolları təşkil edib.

Ekspertlər qeyd ediblər ki, təşkilatlar əvvəlki kimi məlumatların saxlanılması sistemləri üçün proqram təminatına yenə də pul əsirgəmirlər.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, məlumatların saxlanılması sistemləri üçün proqram həllərinin aparıcı tədarükçülərinin üçlüyünə “EMC”, “IBM” və “Symantec” şirkətləri daxildir. “IDC”-nin məlumatına görə, ötən rübdə bu şirkətlərin bazar payı müvafiq olaraq 25,6%, 16% və 14,8% olub.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL