waplog

“Samsung” yüksəktexnologiyalı şirkətlərin reytinqində birinci yerdə qərarlaşıb


"TASS-Telekom" analitik qrupu 2012-ci ildə dünyanın 100 ən böyük yüksəktexnologiyalı şirkətinin reytinqini tərtib edib. Onların gəlir həcmi ötən illə müqayisədə 2% artaraq 2,04 trilyon təşkil edib. 187,75 milyard dollar qazanmış “Samsung” şirkəti reytinqdə birinci yerdə, “Apple” şirkəti (156,51 milyard dollar) ikinci və “Hewlett-Packard” (120,36 milyard dollar) üçüncü olub.
 
“ICTnews.az” elektron xəbər xidməti “tass-telecom.ru” saytına istinadən bildirir ki, ilk onluqda, həmçinin “IBM” (104,5 milyard dollar), “Panasonic” (91,5 milyard dollar), “Sony”, “Toshiba”, “Dell”, “Fuji” və “Intel” şirkəti qərarlaşıb. 2011-ci ildə 98-ci yerdə qərarlaşmış Rusiyanın “Sitronics” şirkəti reytinqi tərk edib.
 
ABŞ yüksəktexnologiyalı məhsulun yaradılması sahəsində aparıcı ölkə mövqeyini qoruyub saxlayır: reytinqdə yer almış 46 şirkət Amerikada yerləşir, onların gəliri 822 milyard dolları ötür.
 
Dünyanın ən böyük texnologiya korporasiyalarında 5,34 milyondan çox əməkdaş işləyir, onların sayına görə “IBM” (434 min) liderdir.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL