waplog

RİTN ölkədə onlayn medianın inkişaf etdirilməsinə dəstək verir


Ölkədə onlayn medianın inkişaf etdirilməsi üzrə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən bir sıra addımlar atılır və bu istiqamətdə görülən işlərə dəstək verilir.  
 
Bu barədə "ICTnews.az" elektron xəbər xidmətinə nazirliyin İnformasiya cəmiyyətinin inkişafı şöbəsindən məlumat verilib.
 
 Şöbədən bildirilib ki, onlayn medianın inkişafı üzrə tədbirlərin görülməsi 2013-cü ilin «İnformasiya-kommunikasiya texnologiyaları ili» elan edilməsi ilə bağlı RİTN üzrə təsdiqlənən tədbirlər planında da əks olunub. Ondan irəli gələrək nazirlik tərəfindən bir sıra işlər həyata keçirilib  və bu davam etməkdədir.
 
 
Şöbədən qeyd edilib ki, son addımlardan biri də «Nar mobile», Multimedia İnformasiya Mərkəzi ilə birlikdə həyata keçirilən «Onlayn medianın inkişafına dəstək» layihəsinə dəstəyin verilməsidir. Məlumat üçün bildirək ki, layihənin əsas məqsədi ölkədə onlayn media infrastrukturunun inkişafına dəstək vermək, onlayn media sahəsində çalışan kadrların peşəkarlığının artırılmasına yardım etmək və informasiya axınını keyfiyyət və kəmiyyət baxımından yaxşılaşdırmaqdan ibarətdir.
 
 
İnformasiya cəmiyyətinin quruculuğu və “elektron hökumət” məsələləri ilə bağlı sistemli şəkildə məqalələr yazan jurnalistlər şəbəkəsinin inkişaf etdirilməsinə nail olmaq üçün onlayn media sahəsində çalışanların peşəkarlığının artırılması xüsusi önəm daşıyır.
 
 
Qeyd edək ki, layihə çərçivəsində İKT və media sahəsində fəaliyyət göstərən peşəkar mütəxəssislərin yaxın köməyi ilə həftəlik təlimlərin təşkil edilməsi və onlayn media müsabiqəsinin keçirilməsi nəzərdə tutulub.
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL