YAP-ın Gənclər Birliyi “İnformasiya Kommunikasiya Texnologiyaları ili” mövzusunda tədbir keçirib
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi “İnformasiya Kommunikasiya Texnologiyaları ili” mövzusunda tədbir keçirib.YAP Gənclər Birliyinin sədri Seymur Orucov tədbiri açaraq gənclərin bu sahəyə cəlb olunmasının əhəmiyyətini vurğulayıb.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov Azərbaycanın bu sahə ilə bağlı fəaliyyəti və strategiyası haqda danışıb. O deyib ki, dövlətin bu sahədəki islahatları və yenilikləri gənclərin yeni iş yeri ilə təmin olunmasına şərait yaradacaq. İ. Məmmədov xatırladıb ki, hazırda Azərbaycan öz peyki olan azsaylı ölkələrdən biridir: “Prezident İlham Əliyevin təşəbbüsü ilə ən ucqar kəndlərimizdə belə yüksək meqabitlik internet şəbəkəsi formalaşdırılacaq. Azərbaycanda şəhərlə kənd arasında bu istiqamətdə uçurumun olmaması üçün ciddi addımlar atılır. Bütün bölgələr optik kabellərlə təchiz olunub. Bu, regionların inkişafına dəstək xarakteri daşıyır”.
Bakı Ali Neft Məktəbin rektoru Elmar Qasımov Azərbaycanın inkişafında yeni fəaliyyətə başlayan ali məktəblərin roluna toxunub. Onun sözlərinə görə, bununla da prezident İlham Əliyev ölkə təhsilinin yeni simasını formalaşdırır. E. Qasımov qeyd edib ki, onun təmsil etdiyi ali məktəbdə də təhsilin səviyyəsinin qaldırılması üçün müasir maddi-texniki baza yarıdılmaqdadır. Azərbaycanda sənayenin inkişafının yerli mütəxəssislərə ehtiyacı artırdığını söyləyən rektor tövsiyə edib ki, gənclər mühəndislik peşəsinə daha çox maraq göstərməlidir.
Qafqaz Universitetinin rektoru Ahmet Sanıç Azərbaycan ali məktəblərində təhsil sisteminin inkişafı və gənclərin tədrisə marağının artırılması üçün görülən işlərdən danışıb.
Sonda YAP Gənclər Birliyi adından yüksək balla ali məktəblərə daxil olan tələbələrə hədiyyələr verilib.
Kamal Hacıyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL