“Samsung” şirkəti 64 bitlik prosessorla təchiz edilmiş smartfon istehsal edəcəyinə söz verib
“Samsung”un gələcək smartfonları 64 bitlik prosessorlarla təchiz olunacaq. Bu barədə “Samsung”un mobil bölməsinin direktoru Cey Key Şin tərəfdaşlarla görüş zamanı deyib.
“ICTnews.az” elektron xəbər xidməti bildirir ki, yeni çiplərlə təchiz ediləcək aparatların çıxarılma tarixi açıqlanmayıb. Direktor deyib ki, bu, çox tezliklə baş verməyəcək. Qurğuların başqa xüsusiyyətləri açıqlanmayıb.
Şin görüş zamanı qeyd edib ki, “Samsung” Çin və Yaponiyada mövqeyini gücləndirməlidir ki, “Apple”a uduzmasın.
“Strategy Analytics” şirkətinin məlumatına görə, “Samsung” Çin bazarında Amerika şirkətini xeyli qabaqlayır.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL