waplog

“Sharp” şirkəti gələn həftə səhmlərinin əlavə emissiyasını həyata keçirəcək


Yaponiyanın elektronika istehsalçısı “Sharp” şirkəti gələn həftə balansının likvidliyini artırmaq məqsədi ilə səhmlərinin açıq satışı proqramı haqda elan edib.

“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, bu haqda yapon biznes-mediası bəyan edib.

Öncə məlum olub ki, şirkət səhmlərini satmaqla 200 milyard yen və ya 2 milyard dollar cəlb eləmək niyyətindədir. İlkin mərhələdə “Sharp” səhmlərinə “Makita Corp”, “Denso Corp” və “Lixil Group” maraq göstəriblər. Bu şirkətlərin hər biri “Sharp”ın 10 milyard yenlik qiymətli kağızını almağa hazır olduqlarını bildiriblər.

Xatırladaq ki, son iki il ərzində “Sharp” 921 milyard yen zərər çəkib, bu da şirkətin ümumi kapitalının 35%-dək hissəsi deməkdir. “Sharp” şirkəti “Apple” və digər şirkətlər  üçün maye-kristalik displeylər hazırlayır, bununla yanaşı, şirkət son iki ildə 921 milyard yenlik zərər  toplayıb, ötən il isə səhmlərinin bir hissəsini “Qualcomm” və “Samsung” şirkətlərinə satıb ki, çəkdiyi zərərin bir hissəsinin yerini doldursun.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL