waplog

“WikiLeaks”in serveri hərracda 33 min dollara satılıb


"Röyters" agentliyinin yaydığı məlumata əsasən, "WikiLeaks" portalının məlumatlarının saxlanıldığı server "eBay" onlayn hərracından 33 min dollara satılıb.
 
"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, sözügedən server İsveçin "Bahnhof" şirkəti tərəfindən hərraca çıxarılıb. Şirkətin nümayəndələri alıcının adını və vətəndaşlığını dəqiqləşdirməyib.
 
Şirkətdən bildirilib ki, əldə edilmiş pul "Sərhədsiz Müxbirlər" kimi qeyri-kommersiya təşkilatlarının hesablarına köçürüləcək.
 
Xatırladaq ki, "WikiLeaks" portalında məxfi sənədlər dərc edilir. 2010-cu ildə İraq ərazisində gedən müharibə haqqında minlərlə məxfi sənədin, həmçinin ABŞ diplomatik missiyaları əməkdaşlarının yazışmalarının nəşrindən sonra resurs bütün dünyada tanındı.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL