Azərbaycanda dəmir yollarının siqnal sistemi modernləşdiriləcək
Azərbaycan dəmir yollarının siqnal sistemi yeni informasiya-kommunikasiya texnologiyaları ilə müasirləşdiriləcək. Kanadanın maşınqayırma korporasiyası "Bombardier" Bakı-Böyük Kəsik dəmiryolu xəttinin siqnal sisteminin modernləşdirilməsi ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-lə müqavilə imzalayıb.
Bu barədə şirkətin rəsmi internet saytında məlumat yerləşdirilib.
Məlumatda bildirilir ki, sazişin ümumi dəyəri 288 milyon dollar təşkil edir.
Yeni siqnal avadanlıqlarının quraşdırılacağı Bakı-Böyük Kəsik xəttinin uzunluğu 503 kilometr təşkil edir.
İşlərə layihələndirmə, istehsal, çatdırılma, montaj, yoxlama və xətt üzrə "İnterflo 200" siqnal sisteminin istismara verilməsi daxildir. Sistemin tətbiqi dörd mərhələdə həyata keçiriləcək, prosesin özü isə tam olaraq 2017-ci ildə başa çatacaq.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL