“Microsoft”un “Windows Phone” əməliyyat sistemi: ötən rüb 78% artım qeydə alınıb
“Microsoft” korporasiyası qlobal mobil telefon bazarında lider mövqeyi tutmaq niyyətindədir.
Hazırda korporasiya mobil telefon və smartfon istehsalçıları siyahısında ilk üçlükdə yer alır.
“Venturebeat” portalının məlumatına əsasən, “Windows Phone” – ümidverici mobil platformadır. Bu platforma “Blackberry”ni geridə qoyaraq smartfonlar arasında üçüncü olub. Ümumiyyətlə, “Windows Phone” ən sürətlə inkişaf edən mobil əməliyyat sistemidir və eyni zamanda, şirkətin son zamanlar daha çox diqqət yetirdiyi mobil ekosistem hesab olunur. Hazırda “Windows Phone”da 170 mindən artıq əlavə mövcuddur.
“International Data Corporation”un (IDC) məlumatına görə, “Windows Phone” ƏS cari ilin II rübündə ötən ilin analoji dövrü ilə müqayisədə 77,6% artıb.
“Microsoft” korporasiyası bildirir ki, “Windows Phone”un əsas üstünlüklərindən biri yüksək keyfiyyətin qorunması şərti ilə müxtəlif qiymət kateqoriyalarının mövcudluğudur. Belə ki, hazırda “Lumia 520” telefonu 129 ABŞ dollarına realizə olunur və bu, “Amazon”da müqaviləsiz ən çox satılan smartfondur. Eyni zamanda, “Lumia 1020” smartfonu da “Amazon” vasitəsilə satılan telefonların ilk beşliyinə daxildir.
Meksika, İtaliya və baza nöqtəsi sayılan bir sıra digər ölkələr ”Windows Phone”un “Blackberry”nin yerini tutacağını, eyni zamanda, bu ƏS-nin qlobal mobil telefon bazarında ikinci pillədə qərarlaşacağını hesab edir. Bu yerdə qərarlaşmaq üçün “Windows Phone” bir sıra çətinliyin öhdəsindən gəlməlidir. Buna baxmayaraq, “Microsoft” korporasiyası “Nokia”nı aldıqdan sonra dünya mobil telefon bazarında aparıcı yerdə qərarlaşmaq üçün böyük imkanlara malikdir.
“Business Choice Award 2013” tərəfindən aparılan sorğu nəticəsində məlum olub ki, “Nokia”nın “Windows Phone” bazasında işləməsi müştəriləri və korporasiyanı tam qane edir.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL