waplog

“IBM” server biznesinə 1 milyard dollar yatıracaq



Dünyanın nəhəng server istehsalçısı “IBM” şirkəti “System X” məhsul xəttinin yaxşılaşdırılmasına 1 milyard dollara yaxın investisiya qoymaq niyyətindədir. Bununla da şirkət server biznesinin inkişafı üzrə yeni imkanlar əldə edəcəyinə ümid edir. Bu barədə “IBM”-in Tayvan nümayəndəliyinin “System and Technology Business Group” bölməsinin prezidenti Dilan Vey bildirib.
 
 
D.Veyin sözlərinə görə, bu serverlər Tayvan Tədqiqat və İşləmələr Mərkəzində (Taiwan System and Technology Laboratory, TSTL) yaradılıb. Mərkəzə həmçinin “Pegatron Technology”, “Wistron”, “Foxconn Electronics”, “Mitac International” və “Delta Network” şirkətləri kömək edir. Onlar elmi tədqiqatlarla məşğul olur və yeni sistem plataları, server şassiləri və digər məhsullar təqdim edirlər.   
 
 
Qeyd edək ki, “IBM” Çin, Macarıstan və Meksikada zavodlara malikdir. Bu zavodlardan əsasən irihəcmli serverlərin yığılması və onların müştərilərə çatdırılması üçün istifadə olunur, - "DailyComm www.dailycomm.ru” yazır.   



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL