DSMF-nın mərkəzi məlumat bazasında ölkə əhalisinin 40 faizinə qədəri barədə elektron məlumatlar toplanılıb
“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli fərmanın icrası ilə bağlı görülən tədbirlər nəticəsində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əsas fəaliyyət istiqamətləri tam elektronlaşdırılıb.
Hazırda DSMF “Elektron hökumət” proqramının ən fəal iştirakçılarından biridir və Fondun əhaliyə təqdim etdiyi elektron xidmətlərin sayı 21-ə çatıb. Fondun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayevin sözlərinə görə, “Elektron hökumət” portalının statistikasına əsasən, fondun yerinə yetirdiyi elektron xidmətlər əhalinin ən çox müraciət etdiyi elektron xidmətlərdəndir.
Əhalinin daha çox yararlandığı elektron xidmətlər sırasına “Pensiya kapitalı barədə məlumat”, “Məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatın əldə edilməsi”, “Pensiyaçı tərəfindən məlumatların əldə edilməsi”, “Pensiya kalkulyatoru”, “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi” adlı xidmətlər daxildir. 2013-cü il ərzində “Elektron hökumət” portalına (www.e.gov.az) daxilolmalardan, yəni 325 064-dən 83 778-i Dövlət Sosial Müdafiə Fondunun (DSMF) saytlarından (www.dsmf.gov.az, www.sspf.gov.az) yönlənmələrin hesabına olub.
Bundan başqa, Şərqi Avropa və MDB məkanında ilk dəfə olaraq Azərbaycanda vahid mərkəzdən avtomatlaşdırılmış pensiya təyinatı tətbiq olunmaqdadır. Bu elektron xidmət pensiyaçıların ən çox müraciət etdiyi xidmətlərdən biridir və artıq 2 ay ərzində 356 nəfərə bu sistem vasitəsilə pensiya təyinatı aparılıb.
İnformasiya texnologiyalarının uğurlu tətbiqi nəticəsində DSMF-nın bütün orqanlarında müasir standartlara cavab verən avtomatlaşdırılmış iş yerləri təşkil olunub, lokal şəbəkələr mərkəzi informasiya sisteminə birləşdirilərək Fondun ümumi korporativ şəbəkəsi formalaşdırılıb. DSMF-nın mərkəzi məlumat bazasında ölkə əhalisinin 40 faizinə qədəri, yəni 1 milyon 270 min nəfər pensiyaçı və fərdi hesab açılmış 2 milyon 581 min nəfər sığortaolunan barədə elektron məlumatlar toplanılıb.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL