waplog

“Qualcomm” əşyaların interneti üçün “Wi-Fi” çip hazırlayıb


“Qualcomm” şirkətinin təqdim etdiyi “Wi-Fi” platforması, demək olar ki, istənilən qurğunu simsiz rabitə ilə təmin etməyə imkan verəcək. “QCA4002/4004” çipləri "əşyaların interneti" konsepsiyasının inkişafına kömək edəcək. Sözügedən konsepsiyaya əsasən gələcəkdə bütün məişət elektronikası şəbəkəyə çıxış imkanına malik olacaq.
 
 
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, yeni prosessorların tətbiq sahələri "ağıllı" ev (işıqlandırma, rozetka) sistemləri, kondisioner və başqa elektrik cihazlarıdır. “Qualcomm” şirkətindən bildirilib ki, artıq “Haier” şirkətinin paltaryuyan maşını “QCA4004” prosessoru ilə təchiz edilir.
 
 
Artıq sözügedən çiplərin kütləvi istehsalına başlanılıb.
 
 
Emil Hüseynov
 

 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL