Azərbaycanda mobil rabitə xidmətlərindən 600 milyon manata yaxın gəlir əldə edilib
Azərbaycanda bu ilin yanvar-avqust aylarında mobil rabitə xidmətlərindən əldə edilən gəlirin həcmi 581,7 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, mobil rabitə xidmətlərinin göstərilməsindən əldə edilən gəlir rabitə və informasiya sektorunda əldə edilən ümumi gəlirin (986 milyon manat) 59,1%-ni təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 9,2% artıb. Dövlət Statistika Komitəsinin verdiyi məlumata əsasən, hesabat dövründə ölkədə əhaliyə göstərilmiş rabitə və informasiya xidmətlərinin ümumi həcmindən 72,4% əhaliyə göstərilib.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL