waplog

Həcmli səs texnologiyasının yaradıcısı dünyasını dəyişib


“Dolby Laboratories” şirkətindən verilən məlumata əsasən, ABŞ-da 2013-cü il sentyabrın 12-də həcmli səs texnologiyasının yaradıcısı Rey Dolbi dünyasını dəyişib. O, San-Fransiskoda yerləşən evində 80 yaşında dünyasını dəyişib. Şirkətin məlumatına görə, ömrünün sonunda ixtiraçı alsqeymer xəstəliyindən əzab çəkib və 2013-cü ilin iyulunda ona kəskin leykoz diaqnozu qoyulmuşdu.
 
“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, 1933-cü il yanvarın 18-də Portlend şəhərində anadan olmuş Rey Dolbi karyerasına “Ampex” şirkətində başlayıb. 1956-cı ildə orada mühəndislər qrupu ilə birgə ilk videomaqnitofon hazırlayıb. 1957-ci ildə Dolbi Kembric Universitetində təcrübə keçmək üçün Marşall təqaüdü alıb. Orada altı il ərzində uzundalğalı rentgen şüalarını araşdırıb və 1961-ci ildə fizika üzrə dissertasiyanı müdafiə edib.
 
1963-1965-ci illərdə Dolbi Hindistanda BMT-nin elmi məsləhətçisi işləyib və  1965-ci ildə “Dolby Laboratories” şirkətinin əsasını qoyub.
 
Corc Lukasın "Ulduz müharibələri” filminin premyerasında “Dolby Stereo” texnologiyasından istifadə edilmişdi və bundan sonra sözügedən sistem kinoteatrlarda populyarlaşdı.
 
Emil Hüseynov
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL