waplog

“Microsoft” korporasiyası müəllimlər üçün elan etdiyi müsabiqədə dil məhdudiyyətini aradan qaldırıb


“Microsoft” korporasiyasının ümumtəhsil məktəb müəllimləri üçün elan etdiyi “Microsoft Innovative Educator Expert” – “MIE Expert (Microsoft-un İnnovativ Ekspert Müəllimi)” proqramı üzrə müraciətlərin qəbulu davam edir. Müsabiqə şərtlərinə müəyyən dəyişiklik edilib.

Belə ki, şərtlərə əsasən, müraciət, o cümlədən layihələr ingilis dilində təqdim olunmalı idi. Artıq dil məhdudiyyəti aradan qaldırılıb və istənilən dildə layihələr müsabiqəyə təqdim edilə bilər.
 
 “ICTnews” elektron xəbər xidmətinə bu barədə “Microsoft Azərbaycan” şirkətinin Təhsildə Əməkdaşlıq proqramının meneceri Emin Axundov məlumat verib. E.Axundov “Microsoft Innovative Educator Expert” proqramı/müsabiqəsi ilə bağlı çoxsaylı suallarda bəzi məqamları da dəqiqləşdirib: “Əksər müəllimlər tədris layihələri, dərs nümunələrinin “PowerPoint” təqdimatı şəklində olduğunu deyir və bu növ dərslərin müsabiqədə iştirak mümkünlüyü haqqında müraciət edir.
 
Bununla bağlı qeyd etmək istərdim ki, bu növ dərsləri müsabiqəyə təqdim etmək olar. Amma dərs nümunəsi yalnız bir təqdimatdan ibarət ola bilməz. Bu təqdimatla bərabər dərsin keçirilməsi üçün dərs planı, müəllim və şagird işləri, qiymətləndirmə vasitələri, qısa videoçarx və digər texniki vasitə/vəsaitləri də vacibdir. Yəni müəllimlər müsabiqəyə təqdim edəcəkləri dərsi elə bir şəkildə yerləşdirməlidirlər ki, onu digər müəllimlər də olduğu şəkildə götürüb təkrar edə bilsin”. Eyni zamanda ötən tədris ili ərzində müəllimlərin tətbiq etdiyi maraqlı, innovativ və texnoloji baxımdan zəngin tədris layihələri, yəni dərs nümunələri də müsabiqəyə təqdim edilə bilər.
 
 
Qeyd edək ki, müraciətlərin qəbulu sentyabrın 30-da başa çatır.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL