waplog

“Xiaomi” smartfon bazarında yeni "dağıdıcı gücə" çevriləcək



Çinin "Xiaomi" şirkəti hələ ki bütün dünyada populyarlıq əldə etməyib, lakin daxili bazarda şirkət tədricən pərəstiş qazanır. Ölkə ərazisində populyarlıq onunla nəticələnə bilər ki, "Xiaomi" şirkəti qlobal smartfon bazarında yeni "dağıdıcı gücə" çevriləcək, "Sanford C Bernstein"in analitiki Mark Nyuman hesab edir.
 
"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, sözügedən şirkət internet üzərindən ucuz, lakin güclü smartfonlar satır.  Məsələn, bu ilin iyulunda təqdim edilmiş "Hongmi" modeli texniki xüsusiyyətlərinə görə "iPhone 5C" smartfonuna fora verə bilər, lakin Çində onun qiyməti 130 dollar təşkil edir, halbuki alma şirkətinin cihazının qiyməti 733 dollara bərabərdir.
 
Bu yaxınlarda "Xiaomi" şirkətinin çeşidində yeni peyda olmuş  məhsuldar "Mi3" smartfonunun qiyməti 330 dollar təşkil edir. Onun funksional səviyyəsi "iPhone 5S" ilə oxşardır, lakin sonuncunun qiyməti  864 dollara bərabərdir.
 
Bu il avqust ayının sonunda məlum olub ki, "Android" platforması ilə işləyən məhsulların idarə edilməsi üzrə "Google"un vitse-prezidenti Hyüqo Barra "Xiaomi" şirkətində işinə davam edəcək. Beləliklə, Nyuman qeyd edir ki, Çin şirkəti beynəlxalq bazara çıxma planlarını təsdiq etmiş oldu.
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL