Rabitə və informasiya texnologiyaları sahəsi üzrə ən yaxşı işçilər bəlli olacaq
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birlik və müəssisələrində 6 dekabr rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı gününün qeyd olunmasına və Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 132 illiyinə həsr edilən peşə işçilərinin yarışması davam edir.
Artıq ”Aztelekom”İB-nin “ən yaxşı montyor”, “ən yaxşı kabel lehimləyicisi” və “ən yaxşı kross işçisi” nominasiyası üzrə keçirdiyi yarışmanın regionlar üzrə qalibləri bəllidir.
Birlik respublika üzrə keçiriləcək yarışmanın qaliblərini müəyyənləşdirmək üçün regionlar üzrə qaliblər arasında yarış təşkil edir.
Qeyd edək ki, respublika üzrə qaliblər Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, “Aztelekom” İB və Bakı Telefon Rabitəsi İstehsalat Birliyi üzrə birincilər arasında keçiriləcək yarışmanın nəticəsinə görə müəyyənləşəcək. Qaliblərə pul mükafatları və fəxri diplomlar veriləcək.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL