waplog

Naxçıvan MR-də mobil rabitənin nüfuz səviyyəsi 101 faizə çatıb


Naxçıvan Muxtar Respublikasında mobil rabitənin nüfuz səviyyəsi 101 faizə çatıb. Muxtar Respublika üzrə mobil rabitənin aktiv nömrələrinin sayı iyulun 1-nə olan vəziyyətə görə, 418 min 480 ədəd təşkil edib. Yanvar-iyunun yekunlarına görə, NMR-də mobil rabitə xidmətlərinin həcmi 17,3 milyon manatı ötüb. Muxtar Respublikanın ərazisində GSM standartının 3 operatoru (Bakcell , Azercell və Azerfon) və bir simsiz rabitə operatoru CDMA (Naxtel) fəaliyyət göstərir. "Naxtel" tərəfindən Naxçıvan şəhərində “EV-DO” (Evolution-DataOptimized) məlumatların ötürülməsi texnologiyasının tətbiqi üzrə işlər başa çatıb. Texnologiya CDMA standartlı mobil rabitə şəbəkələrində istifadə edilir. Bu, operatora şəbəkəsinin abonentlərinə 2,7 Mbit/s sürəti ilə məlumatların ötürülməsi xidmətini göstərməyə imkan verib.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL