Bill Qeyts növbəti dəfə dünyanın ən zəngin insanı adına layiq görülüb
"Forbes" nəşri 400 ən zəngin amerikalının siyahısını dərc edib.
Siyahıda artıq 20 il ardıcıl olaraq birinci yerdə "Microsoft" korporasiyasının həmtəsisçisi Bill Qeyts qərarlaşıb. İlin yekununa görə onun varidatı 72 milyard dollar təşkil edib ki, bu da ötən illə müqayisədə 6 milyard dollar çoxdur. İkinci yerdə investor Uorren Baffet yer alıb və onu varidatı 58,5 milyard dollar olub ki, bu da ötən illə müqayisədə 12,5 milyard dollar çoxdur.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, üçüncü yerdə "Oracle" şirkətinin CEO-su Larri Ellison (41 milyard dollar) qərarlaşıb, onun gəliri bir il ərzində demək olar ki dəyişməyib. "Forbes" nəşri qeyd edib ki, zəngin şəxslərin siyahısında İT sahəsinin nümayəndələri ikinci yerdə qərarlaşıb. "Top-400" siyahısındakı 50 ad informasiya texnologiyaları sahəsi ilə bağlıdır.
"Amazon"un direktoru Ceff Bezos (27.2 milyard dollar) 12-ci pillədə yer alıb. "Google" şirkətinin həmtəsisçiləri Larri Peyc və Serqey Brin hər birinə 49,3 milyard dollarla müvafiq olaraq 13 və 14-cü yerdə qərarlaşıblar.
"Facebook" sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq 20-ci yerdə qərarlaşıb, bundan başqa o, "Forbes 400" siyahısının ən gənc iştirakçılarından biridir. Zukerberqin varidatı hazırda 19 milyard dollar dəyərində qiymətləndirilir. "Facebook"un səhmlərinin məzənnəsinin birjada qalxması buna səbəb göstərilir.
"Microsoft" şirkətinin hazırki CEO-su Stiv Balmer siyahıda 21-ci olub, onun varidatı 18 milyard dollar təşkil edir, həm də o, bir il ərzində iki pillə yüksəlib.
"Forbes" nəşrinə əsasən, 400 ən zəngin amerikalının ümumi varidatı 2,02 trilyon dollar təşkil edir ki, bu da təxminən Rusiyanın ÜDM-nə bərabərdir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL