Dağlıq Qarabağ regionu üçün ayrılan telefon kodu bütün dünyada tanınır
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumat bazasında Dağlıq Qarabağ regionu üçün ayrılan “26” zona kodu bütün dünyadan nömrə yığan zaman tanınır. Bu barədə “Aztelekom”İB-dən verilən məlumatda bildirilir. Məlumatda qeyd edilir ki, Dağlıq Qarabağ regionu istiqamətində zənglər edilərkən zəng edən Azərbaycan, rus və ingilis dillərində məlumatlandırılır ki, bu istiqamətdə zənglər ərazinin işğal altında olması səbəbindən müvəqqəti olaraq qeyri-mümkündür.
“Əvvəllər bu istiqamətdə zənglər cavabsız qalırdı, ya da belə nömrənin mövcud olmadığı bildirilirdi.Yeni zona koduna keçid zamanı bu istiqamətdə olan yığımdan sonra videoyazı tətbiq edilib” məlumatda bildirilir. Yeddirəqəmli nömrələmə sisteminə keçiddə daha vacib aspektlərdən biri, nazirliyin istifadəçinin abonent nömrəsini saxlanılması tam təmin edilib.
Qeyd edək ki, 2011-ci ildə respublikanın telekommunikasiya şəbəkəsinin tam elektronlaşdırılmasını nəzərə alaraq, ölkə ərazisində telekommunikasiya şəbəkəsinin vahid 7 rəqəmli nömrələmə sisteminə keçirilməsi üçün "Yeni zona kodlarının tətbiqi" barədə təkliflər hazırlanaraq, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Elmi-Texniki Şurasının müzakirəsinə təqdim edilərək təsdiqlənib.
Yeni zona kodlarının tətbiqinə bu ilin aprel ayından tam olaraq başlanılıb, şəhərlərarası və beynəlxalq istiqamətlərdən daxil olan çağrılar yeni yığımlarla təşkil edilib və bu vaxtadək respublikada yeni yığım formatı ilə paralel olaraq köhnə yığım qaydası da istifadə edilib.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL