waplog

AMEA Azərbaycanın GRİD seqmentinin gücünü artırmağa başlayıb


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutu Azərbaycanın GRİD seqmentinin gücünün artırılması üzrə işlərə başlayıb. Bu barədə institutun Yüksək enerjilər laboratoriyasının müdiri Övsət Abdinov deyib. Onun sözlərinə görə, hazırda aparat-proqram həllərinin tədarükçüsü artıq imzalanan sazişlər əsasında öz istehsal qurğularında bu seqmentin quraşdırılması və sınaqdan keçirilməsi üçün tələb olunan işlərə başlayıb. Tədarükçü kimi ABŞ-ın "ACE Computers" şirkəti çıxış edir. Bu istehsalçının aparat-proqram həllərinin ayın sonunda tədarük ediləcəyi gözlənilir. İnstitutun DATA mərkəzinin hesablama şəbəkəsi əlavə alınan "blade" və "storage" serverlər hesabına artırılacaq. İstehsalın artırılması ilə yanaşı, bu, elektrik enerjisindən sərfiyyatı optimallaşdırmağa, soyutma sisteminin meydança və resurslarını istifadə etməyə imkan verəcək, eləcə də məlumatların emalı mərkəzlərinin idarə edilməsi və qoşulması prosedurunu sadələşdirəcək.
İnstitutun planlarına "blade" serveri üçün bir "SuperMicro" və "storage" serveri üçün iki "SuperMicro" səbətinin alınması daxildir. Hər səbətdə on server olacaq. Bu avadanlığın instalyasiyası kənar massivin həcmini indiki 40 terabaytdan 100 terabaytadək artırmağa imkan verəcək. Hər "blade" serverin operativ yaddaşının həcmi 12 Gb təşkil edəcək. Hər "blade" serverdə iki dördnüvəli “İntelXeon” prosessoru olacaq. Bu, ümumilikdə 160 özək təşkil edəcək. Hazırda DATA mərkəzin resursları Elmlər Akademiyasının ehtiyacları üçün istifadə olunur. Onun daxili GRİD seqmentindən istifadə etməklə elmi məsələləri həll etmək imkanı var.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL