Ümumdünya Poçt İttifaqının Administrativ Şurasının payız sessiyası keçiriləcək
Cari ilin 28 oktyabr – 15 noyabr tarixlərində Ümumdünya Poçt İttifaqının Administrativ Şurasının payız sessiyası keçiriləcək.
Bu barədə “ICTnews” elektron xəbər xidmətinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun müdiri Novruz Məmmədov bildirib.
Sektor müdiri qeyd edib ki, sessiyada poçt sahəsinin gələcək inkişafı ilə bağlı məsələlər müzakirə ediləcək: “Bununla yanaşı, 25-ci konqresdə qəbul olunan qərarların iclası ilə əlaqədar olaraq zəruri tapşırıqların verilməsi gözlənilir. Hazırda isə sessiyada müzakirəyə çıxarılacaq digər mövzular ətrafında dəqiqləşdirmələr aparılır”.
Qeyd edək ki, Ümumdünya Poçt İttifaqının Administrativ Şurasının payız sessiyasında Azərbaycan nümayəndə heyətinin də iştirak etməsi nəzərdə tutulub.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL