waplog

İstifadəçilərin fərdi kompüterə marağı azalır


2700-dən çox insanın sorğusu əsasında tərtib edilmiş “American Customer Satisfaction Index” indeksi haqqında yeni hesabata əsasən, planşetlərin tədarükü müştərilərin məmnunluq dərəcəsinə görə noutbuk və masaüstü fərdi kompüterləri (FK) bir o qədər üstələmir, lakin getdikdə istifadəçilərin FK-yə sevgisi azalır.

“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, tədqiqat 2013-cü il aprelin 6-dan mayın 22-dək aparılıb.

Sorğu iştirakçıları 100 ballıq cədvəl üzrə  öz məmnunluqlarını  qiymətləndiriblər. Nəticədə planşetlər 81 bal toplayaraq noutbuk və masaüstü sistemləri cüzi qabaqlayıb. Sonuncular hər biri 79 bal toplayıb Amma bütovlükdə FK-nin məmnunluq səviyyəsi ötən illə müqayisədə 1,3% azalıb.

Brendlərə gəldikdə isə “Apple”ın kompüterləri ən yüksək bal (87) toplayıb.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL