waplog

Poçt olmayan yaşayış məntəqələrində korporativ üslublu şöbələr yaradılır



“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasından irəli gələn məsələlərlə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən görülmüş işlərə uyğun olaraq “Azərpoçt” MMC tərəfindən iş yerlərinin yaradılması, poçt şöbələri üçün binaların tikilməsi, yeni poçt şöbələrinin açılması, estetik vəziyyətinin yaxşılaşdırılması, xidmət keyfiyyətinin və tezliyinin artırılması istiqamətində müəyyən işlər yerinə yetirilməkdədir.

Görülmüş işlərin davamı olaraq bir sıra poçt filiallarının xidmət ərazilərində yeni poçt şöbələri açılaraq əhalinin istifadəsinə verilib. “Azərpoçt” MMC-dən verilən məlumata görə, bu il Şəmkir Poçt Filialı tərəfindən Dəllər Daşbulaq poçt şöbəsi yaradılaraq istifadəyə verilib. Ötən il isə Abşeronda, Lənkəranda və Bakıda yeni poçt şöbələri yaradılaraq sakinlərin istifadəsinə verilib.

Qeyd edək ki, əvvəllər böyük bir ərazinin əhatə edən yaşayış məntəqələrində poçt şöbələri olmayıb. Əhali poçt xidmətlərindən yararlanmaq üçün rayon mərkəzlərinə və ya qonşu kəndlərə getməli olurdular.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL