waplog

Yeni biobatareya çirkab sularla işləyəcək


Stenford Universitetində işləyən amerikalı alimlərin elan etdikləri qeyri-adi biobatareya elektrik enerjisinin yaradılması üçün yanacaq qismində  kanalizasiya çirkab sularından istifadə edir.
 
“ICTnews” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, yeni batareyada çirkab sular elektrolit qismində istifadə olunur və bir neçə elektrod qrafit və gümüş oksidindən hazırlanıb. İlk sınaqların yekununa görə, qurğu çirkab sularında mövcud olan üzvi maddələrin 30%-ni enerjiyə çevirmək qabiliyyətini nümayiş etdirib ki, bu, hətta müasir əksər günəş batareyalarının səmərəlilik səviyyəsindən bir qədər çoxdur.
 
Yeni biobatareyanın kütləviləşməsi yolunda əsas maneə onun konstruksiyasında bahalı gümüş oksidindən istifadədir. Alimlər əmindirlər ki, bahalı metala effektiv əvəzetmə tapa biləcəklər, lakin bunun üçün onlara vaxt lazımdır.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL